ABŞ qeyri-immiqrasiya vizalarının alınma qaydasını dəyişib
Tarix: 08-09-2025 08:51 | Bölmə: Dünya
ABŞ qeyri-immiqrasiya vizalarının alınma qaydasını dəyişib

ABŞ qeyri-immiqrasiya vizalarının alınması üçün yeni qaydalar tətbiq edib. Bundan sonra sənədlər yalnız vətəndaşlıq və ya daimi yaşayış ölkəsində təqdim edilməlidir.

Reyting.az
xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin Konsulluq Məsələləri Bürosunun saytı məlumat yayıb.

Dövlət Departamenti həmçinin əlavə edib ki, müsahibələr üçün mövcud təyinatlar adətən ləğv edilməyəcək; ərizəçilər ərizənin verildiyi ölkədə yaşayış yerini təsdiq etməlidirlər; başqa ölkədə təqdim etmək viza almağı çətinləşdirə bilər.

Xatırladaq ki, 2026-cı ildən ABŞ-da hər bir qeyri-immiqrasiya vizası üçün 250 dollar əlavə rüsum tutulacaq. Turist vizasının alınmasının ümumi dəyəri əhəmiyyətli dərəcədə arta bilər.

ABŞ həmçinin müəyyən ölkələrdən olan əcnəbilərdən turist və biznes vizaları üçün 15 000 dollara qədər depozit ödəmələrini tələb edən proqrama start verir.

Bundan əlavə, ABŞ-da milyonlarla xarici vizalar yoxlanılacaq. Qanunu pozanlar ölkədən deportasiya olunacaqlar.

ELÇİN




Bölməyə aid digər xəbərlər