UEFA Ukrayna millisinə texniki məğlubiyyət verib
Tarix: 25-11-2020 23:48 | Bölmə: İdman
UEFA Ukrayna millisinə texniki məğlubiyyət verib

Millətlər Liqasının qrup mərhələsinin 6-cı turunun koronavirus səbəbindən ləğv edilmiş İsveçrə-Ukrayna oyunu ilə bağlı qərar verilib.

Reyting.az
-ın məlumatına görə, UEFA qonaq komandaya texniki məğlubiyyət verib. Bu barədə qurumun rəsmi saytı məlumat yayıb.

Beləliklə, 4-cü qrupda sonuncu pilləyə düşən Andrey Şevçenkonun komandası A Liqasını tərk edib.

Qeyd edək ki, oyun qonaqların 6 futbolçusunun koronavirusa yoluxmasına görə baş tutmayıb. İsveçrə Səhiyyə Nazirliyinin qərarı ilə komanda tam heyətdə karantinə alınıb. Ukrayna millisi meydana çıxmağa hazır olsa da, səhiyyə orqanları buna icazə verməyib.(Qol.az)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}