13:59 / 27-11-2024
Gömrük tarifləri dəyişib
12:39 / 27-11-2024
Sabah yağış yağacaq
Elxan Məmmədov: "AVRO-2020-də dəyişiklik olsa, qərara hörmət edəcəyik"
Tarix: 26-11-2020 10:00 | Bölmə: İdman
Elxan Məmmədov: "AVRO-2020-də dəyişiklik olsa, qərara hörmət edəcəyik"

"Ev sahibi olaraq qardaş ölkəni Bakıda görməkdən məmnun olacağıq. AFFA olaraq bütün işlərimizi bu istiqamətdə görürük. Türkiyə yığması burada öz evindəki kimi Uels və İsveçrəyə qarşı oynaya bilər".

Bu fikirləri AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov Bakıda keçiriləcək Avropa çempionatının A qrupunun oyunları ilə bağlı Türkiyə mətbuatına açıqlamasında deyib.

O, AVRO-2020-nin Bakıdan və Sankt-Peterburqdan alınması ilə bağlı yayılan xəbərlərə də münasibət bildirib: "UEFA-nın bu iki şəhərdəki oyunları ləğv etdiyinə dair şaiyələr var. Amma format dəyişikliyi ilə bağlı hər hansı rəsmi məlumat yoxdur. Bu məsələ ilə bağlı qərar UEFA İcraiyyə Komitəsinə aiddir. Qurum hansısa dəyişiklik etməyə qərar versə, AFFA olaraq buna hörmət edəcəyik".

Qeyd edək ki, Avropa çempionatının oyunları gələn il 11 iyun - 11 iyulda Avropanın 12 şəhərində, o cümlədən, Bakıda keçirilməlidir.




Bölməyə aid digər xəbərlər
23-11-2024, 20:08 "Qarabağ" qalib gəlib

bütün xəbərlər