Bu gün “Qarabağ”-"Sivasspor" qarşılaşması olacaq
Tarix: 26-11-2020 10:02 | Bölmə: İdman
Bu gün “Qarabağ”-"Sivasspor" qarşılaşması olacaq

Bu gün “Qarabağ” klubunun UEFA Avropa Liqasında dördüncü qarşılaşması olacaq.

Ağdam klubu I qrupun 4-cü turunda Türkiyənin "Sivasspor" komandası ilə qarşılaşacaq.

Ölkədəki hərbi vəziyyətlə əlaqədar rəqibini İstanbuldakı "Başakşehir Fatih Terim" stadionunda qəbul edəcək Azərbaycan çempionu qrupda xalsız yeganə komandadır və sonuncu pillədə qərarlaşıb. Sivas təmsilçisi isə 3 xalla 3-cü sırada yer alıb. "Qarabağ" bu görüşdə də uduzsa, pley-offa çıxmaq şansını itirə bilər.

Bu komandalar arasında keçirilmiş ilk oyun Türkiyə təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Qrupun digər matçında İspaniya "Vilyarreal"ı İsraildə Tel-Əviv "Makkabi"si ilə üz-üzə gələcək. La Liqa klubu səfərdə qələbə qazanacağı təqdirdə qrup lideri kimi növbəti mərhələyə vəsiqəni təmin edəcək.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}