16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Avropa Liqası: "Qarabağ" "Sivasspor"a yenə məğlub olub
Tarix: 26-11-2020 23:51 | Bölmə: İdman
Avropa Liqası: "Qarabağ" "Sivasspor"a yenə məğlub olub

UEFA Avropa Liqasının I qrupunun 4-cü turunda Türkiyədə "Qarabağ" və "Sivasspor" komandaları arasında qarşılaşma başlayıb.

Reyting.az
xəbər verir ki, İstanbuldakı "Başakşehir Fatih Terim" stadionunda oyun başlayarkən Argentina futbolunun əfsanəsi Dieqo Maradonanın xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

Oyunun 8-ci dəqiqəsində "Qarabağ" hesabı açıb - 1:0.

40-cı dəqiqədə isə "Sivasspor" hesaba tarazlıq gətirib - 1:1.

İlk hissə bu hesabla başa çatıb.

51-ci dəqiqədə "Qarabağ" yenidən hesabda önə keçib - 2:1.

58-ci dəqiqədə isə hesaba yenidən tarazlıq gəlib - 2:2.

68-ci dəqiqədə "Sivasspor"un vurduğu qol hesaba alınmayıb.

79-cu dəqiqədə "Sivasspor" önə çıxıb - 2:3.

Və oyun bu hesabla başa çatıb.

Beləliklə, "Qarabağ" qrupda 1 xalla sonuncu yerdə qərarlaşıb.

"Sivasspor" isə 6 xalla 2-ci yerdə qərarlaşan "Makkabini" izləyir.

İlk pillləni isə "Vilyareal" tutur.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}