16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Milli komandanın sabiq futbolçusu vəfat edib
Tarix: 30-11-2020 10:03 | Bölmə: İdman
Milli komandanın sabiq futbolçusu vəfat edib

Seneqal milli komandasının sabiq futbolçusu Papa Buba Diop vəfat edib.

Qol.az xəbər verir ki, keçmiş yarımmüdafiəçi uzun sürən xəstəlikdən sonra 42 yaşında dünyasını dəyişib.

Seneqal millisində 63 oyuna 11 qol vuran Diop Avropada Fransanın "Lans", İngiltərənin "Fulhem", "Vest Hem" və "Portsmut", Yunanıstanın AEK komandalarında çıxış edib.

O, DÇ-2002-nin açılış matçında dünya çempionu Fransa ilə qarşılaşmada qol vuraraq komandasına qələbə qazandırıb.

Diop 4 dəfə Afrika Millətlər Kubokunda iştirak edib və 2002-ci ildə gümüş medal qazanıb.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}