Azərbaycan Premyer Liqasında koronavirusa yoluxanların adları açıqlanıb - Siyahı
Tarix: 30-11-2020 13:10 | Bölmə: İdman
Azərbaycan Premyer Liqasında koronavirusa yoluxanların adları açıqlanıb

Koronavirus pandemiyası futbol üzrə Azərbaycan Premyer Liqasında çıxış edən klublara da təsir edib.

Məlumata görə, əsas çempionatda çıxış edən 8 komandanın hamısı bu problemlə üzləşib.

Futbolçularla yanaşı, məşqçilər və hətta klub əməkdaşlarının da testlərinin müsbət çıxması halına rast gəlinib.

"Report" indiyədək koronavirusa yoluxanların siyahısını təqdim edir:

"Qarabağ": Qurban Qurbanov (baş məşqçi), Elvar Quliyev (tərcüməçi), Maksim Medvedev, Rahil Məmmədov, Musa Qurbanlı - hamısı aktiv xəstədir

"Zirə": Eltun Yaqublu (köməkçi məşqçi), Ali Sesay, Klesio Bauk - hər üçü sağalıb, Kərim Diniyev - aktiv xəstədir

"Neftçi": Prins İbara, Emin Mahmudov, Mirabdulla Abbasov, Cabir Əmirli - hamısı sağalıb, Anton Krivotsyuk - aktiv xəstədir

"Sumqayıt": Səbuhi Abdullazadə - sağalıb

"Keşlə": Vüsal İsgəndərli, Rəhman Hacıyev, Stanislav Namaşko, Şəhriyar Əliyev - hamısı aktiv xəstədir

"Sabah": Ceyhun Nuriyev, Elşən Abdullayev, Abbas Ağazadə, Təmkin Xəlilzadə - hamısı sağalıb, Coşqun Diniyev, Yevgeni Koçuk, Xulio Sezar Rodriges - aktiv xəstələrdir

"Səbail": Mahir Ələsgərov (həkim) - sağalıb, Kamal Qurbanov - sağalıb, Əfran İsmayılov, Vüqar Bəybalayev, Mirsayib Abbasov, Elgün Nəbiyev, Kamran Ağayev, Rauf Əliyev - aktiv xəstədir

"Qəbələ": Merab Giqauri, Ülvi İskəndərov, Ceyms Adeniyi, Rasim Ramaldanov, Yusif Nəbiyev, Ehtiram Şahverdiyev - hamısı aktiv xəstədir, Murad Musayev - sağalıb.

Beləliklə, indiyədək 8 klubdan 37 futbolçunun koronavirusa yoluxduğu açıqlanıb. Onlardan 24-ü aktiv xəstələrdir/Report.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}