12:39 / 27-11-2024
Sabah yağış yağacaq
Tomas Bax Beynəlxalq Olimpiya Komitəsinin prezidenti postuna yenidən iddialı olub
Tarix: 01-12-2020 16:10 | Bölmə: İdman
Tomas Bax Beynəlxalq Olimpiya Komitəsinin prezidenti postuna yenidən iddialı olub

Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidenti postuna namizədliyin verilməsi müddəti başa çatıb.

Məlumata görə, qarşıdakı seçkilərdə yalnız bir namizəd olacaq.

Bu, qurumun hazırkı rəhbəri Tomas Baxdır. Almaniyalı prezident seçkilərində yeganə namizəd olacaq.

Yeni prezident səlahiyyətlərinin 4 illik müddəti iyulun 23-dən avqustun 8-dək keçiriləcək Tokio Yay Olimpiya Oyunlarından sonra başlayacaq.

Qeyd edək ki, 66 yaşlı almaniyalı 2013-cü ildən qurumun başçısıdır/APA.




Bölməyə aid digər xəbərlər
23-11-2024, 20:08 "Qarabağ" qalib gəlib

bütün xəbərlər