07:49 / 25-04-2024
Kuba prezidenti etiraz edir
Polislər Maradonanın psixiatrının evində axtarış aparıb
Tarix: 01-12-2020 21:03 | Bölmə: İdman
Polislər Maradonanın psixiatrının evində axtarış aparıb

Dünya futbolunun əfsanəsi Dieqo Maradonanın ölümü ilə bağlı istintaq işi davam edir.

TN telekanalı xəbər verir ki, polislər veteran hücumçunun psixiatrı olan Aqustin Kosaçovun Buenos-Ayresdəki evində və klinikasında axtarış aparıb.

Son aylarda Maradona ilə işləmiş həkim mərhum oyunçunun ölümü açıqlanarkən evində olub.

Qeyd edək ki, Dieqo Maradona noyabrın 25-də ürəktutmasından vəfat edib. Prokurorluq hazırda onun ölümünün səbəblərini araşdırır/Report.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}