16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
"Makkabi"nin müdafiəçisi: "Qarabağ" çox güclüdür"
Tarix: 02-12-2020 17:37 | Bölmə: İdman
"Makkabi"nin müdafiəçisi: "Qarabağ" çox güclüdür"

"Məqsədimiz növbəti mərhələyə yüksəlməkdir. Sabah yaxşı nəticə qazanmalıyıq. Xalı olmasa da, "Qarabağ" keyfiyyətli komandadır".

Bu fikirləri İsrailin "Makkabi" komandasının futbolçusu Maor Kandil klubun rəsmi saytına açıqlamasında Avropa Liqasının qrup mərhələsinin V turunda "Qarabağ"la matç barədə danışarkən deyib.

27 yaşlı müdafiəçi bildirib ki, onları güclü komandaya qarşı sərt oyun gözləyir: "Rəqib çox güclüdür. Amma onları analiz etmişik. Bu mövsüm Türkiyədə oynamışıq. Qısa uçuş olduğu üçün rahatıq. Bizim üçün çox vacib matç olacaq".

Qeyd edək ki, dekabrın 3-də Türkiyənin İstanbul şəhərindəki “Başakşəhər Fatih Terim” stadionunda keçiriləcək “Qarabağ” – “Makkabi” matçı Bakı vaxtı ilə
saat 21:55-də başlayacaq. Azərbaycan klubu ölkədəki hərbi vəziyyətlə əlaqədar ev oyunlarını neytral meydanda keçirir/Report.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}