12:39 / 27-11-2024
Sabah yağış yağacaq
“Qarabağ” komandasında koronavirusa yoluxanlar artır
Tarix: 02-12-2020 23:50 | Bölmə: İdman
“Qarabağ” komandasında koronavirusa yoluxanlar artır

“Qarabağ” futbol komandasının daha bir futbolçusunda koronavirus aşkarlanıb.

Reyting.az
-ın məlumatına görə, hücumçu Mahir Emrelinin COVID-19-la bağlı verdiyi son testin nəticəsi pozitiv çıxıb. Bu səbəbdən millimizin də üzvü olan forvard Avropa Liqasının qrup mərhələsinin 5-ci turunda sabah “Makkabi” (Təl-Əviv) ilə keçiriləcək oyunda iştirak üçün İstanbula aparılmayıb.

Qeyd edək ki, daha öncə virusa yoluxan “Qarabağ”ın kapitanı Maksim Medvedev və digər müdafiəçi Rahil Məmmədov artıq sağalıb. Millinin düşərgəsində olarkən virus aşkarlanan və Xorvatiyada karantinə alınan bu futbolçulardan Rahilin bu gün komandaya qoşulacağı gözlənilir.

Komandanın baş məşqçisi Qurban Qurbanov da virusa yoluxduğu üçün səfərə yollanmayıb.




Bölməyə aid digər xəbərlər
23-11-2024, 20:08 "Qarabağ" qalib gəlib

bütün xəbərlər