14:16 / 24-04-2024
Nəzir - Akif Abbasov yazır
"Neftçi"də koronavirusa yoluxanların sayı artır
Tarix: 03-12-2020 13:11 | Bölmə: İdman
"Neftçi"də koronavirusa yoluxanların sayı artır

"Neftçi" klubunun qapıçılar üzrə məşqçisi Etibar Tarıverdiyev də koronavirusa yoluxub.

Məlumata görə, təcrübəli mütəxəssisin test nəticəsi müsbət çıxıb. Ötən gün məşqə çıxa bilməyən qapıçı Kamran İbrahimov və yarımmüdafiəçi Sabir Buqrin isə hazırda özlərini yaxşı hiss edir.

Kollektiv bu gün növbəti dəfə koronavirus testindən keçəcək.

Daha əvvəl "Neftçi"nin baş məşqçisi Samir Abasov, onun köməkçisi Vəfadar Quliyev, müdafiəçilər Anton Krivotsyuk, Mərt Çelik, Mamadu Mboc və Voyislav Stankoviç, həmçinin yarımmüdafiəçi Fəhmin Muradbəylinin testi müsbət çıxıb.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}