Zidanla futbolçular arasında qalmaqal baş verib
Tarix: 03-12-2020 13:20 | Bölmə: İdman
Zidanla futbolçular arasında qalmaqal baş verib

Son oyunlarda uğursuz çıxış edən İspaniyanın “Real” klubunda qalmaqal baş verib.

Məlumata görə, Madrid klubunun baş məşqçisi Zinəddin Zidan və futbolçular arasında münaqişə yaşanıb.

Fransalı mütəxəssis Çempionlar Liqasının “Şaxtyor”la (0:2) oyununda Martin Edeqor, Junior Vinisius və Rodriqodan narazı qalıb. Zidanın onlara narazılığını bildirməsi futbolçular tərəfindən müsbət qarşılaşmayıb. Paytaxt təmsilçisinin çalışdırıcısının Eden Azarla da münasibətləri korlanıb.

Qeyd edək ki, La Liqanın XII turunda “Real” “Sevilya” ilə üz-üzə gələcək/APA.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}