16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
“Qarabağ” UEFA reytinqində geriləyib
Tarix: 04-12-2020 10:06 | Bölmə: İdman
“Qarabağ” UEFA reytinqində geriləyib

Futbol klublarının UEFA reytinqi açıqlanıb.

Reyting.az
-ın məlumatına görə, avrokubokların qrup mərhələsinin V turundan sonra cədvəldə bəzi dəyişikliklər olub.

Bu, Avropanın ən yaxşı 100 komandası sırasında yer alan Azərbaycanın yeganə təmsilçisi “Qarabağ”dan da yan keçməyib. Aktivində 21,000 xal olan Qurban Qurbanovun yetirmələrinin də mövqeyi dəyişib.

Ötən həftə Niderlandın “Feyenoord” və Rumıniyanın “Styaua” klubu ilə birlikdə 65-67-ci yerləri bölüşən Ağdam təmsilçisi bir pillə geriləyib. İstanbulda Təl-Əviv “Makkabi”si ilə 1:1 hesablı heç-heçə edən “Qarabağ” artıq 66-68-ci yerləri əvvəlki şərikləri ilə bölüşür. Təmsilçimiz “Alkmaar”dan geri düşüb. Niderlandlıların 21,500 xalı var.

Qeyd edək ki, reytinqə 125,000 xala malik Almaniya “Bavariya”sı başçılıq edir.(ApaSport)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}