16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
"Neftçi" komandasında  koronavirusa kütləvi yoluxma var
Tarix: 04-12-2020 14:19 | Bölmə: İdman
"Neftçi" komandasında  koronavirusa kütləvi yoluxma var

"Neftçi" futbol komandasının məşqləri koronavirusa kütləvi yoluxmalarla əlaqədar dayandırılıb.

Reyting.az
verir ki, bu günə və 5-6 dekabra nəzərdə tutulan hazırlıq prosesi ləğv edilib.

Bildirilib ki, hazırda klubda 9 nəfər koronavirusa yoluxub. Onlar "Neftçi"nin baş məşqçisi Samir Abasov, onun köməkçiləri Qədir Həsənov, Vəfadar Quliyev, qapıçı Kamran İbrahimov, müdafiəçilər Anton Krivotsyuk, Mərt Çelik, Mamadu Mboc və Voyislav Stankoviç, yarımmüdafiəçilər Fəhmin Muradbəyli və Sabir Buqrindir.

Əvəzedici komandada isə Fərid Əsgərov və Vüqar Həsənovda infeksiya aşkarlanıb.

Qeyd edək ki, "Neftçi" Azərbaycan Premyer Liqasında növbəti oyununu dekabrın 5-də səfərdə "Sabah"a qarşı keçirməli idi. Lakin görüş qeyri-müəyyən tarixə təxirə salınıb.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}