Maradonanın da adına küçə olacaq
Tarix: 05-12-2020 13:06 | Bölmə: İdman
Maradonanın da adına küçə olacaq

Argentinanın Buenos-Ayres şəhərinin Qanunverici Məclisii milli komandanın sabiq kapitanı və baş məşqçisi Dieqo Maradonanın xatirəsini əbədiləşdirmək üçün tədbirlər planı hazırlayıb.

AFP nəşri xəbər verir ki, şəhər rəhbərliyi əfsanəvi oyunçunun ilk klubu olan "Argentinos Xuniors" klubunun bazasının yerləşdiyi Aqronomiya rayonu ərazisində turizm, idman və mədəniyyət klasteri yaratmaq niyyətindədir.

Xüsusilə, komandanın ev oyunlarını keçirdiyi stadionuna gedən küçəyə Maradonanın adının verilməsi təklif edilib/Report.

Qeyd edək ki, Dieqo Maradona noyabrın 25-də ürəktutmasından dünyasını dəyişib.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}