La Liqa matçındakı irqçiliyə görə araşdırma aparılır
Tarix: 07-04-2021 18:04 | Bölmə: İdman
La Liqa matçındakı irqçiliyə görə araşdırma aparılır

İspaniya Kral Futbol Federasiyası (RFEF) La Liqada XXIX turun "Kadis" - "Valensiya" matçında baş verənlərlə bağlı intizam işi açıb.

"Report" yerli mətbuata istinadən xəbər verir ki, buna qarşılaşmanın ilk hissəsinin 25 dəqiqə dayanması səbəb olub.

"Yarasalar"ın futbolçusu Muktar Dyakabi "Kadis"də çıxış edən Xuan Kala tərəfindən irqçiliyə məruz qaldığını söyləyib. Dyakabinin ardınca komanda yoldaşları da hadisədən sonra meydanı tərk ediblər.

Kala jurnalistlərə açıqlamasında rəqibini təhqir etmədiyini və ona qarşı irəli sürülən ittihamların əsassız olduğunu söyləyib.

Qeyd edək ki, qarşılaşma "Kadis"in 2:1 hesablı qələbəsi ilə bitib.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}