16:37 / 18-10-2025
Vatikan zəfəri - Foto
Çin "Falcon 9" raketinin bənzərini yaradıb
Tarix: 20-10-2025 07:16 | Bölmə: Xəbərlər
Çin "Falcon 9" raketinin bənzərini yaradıb

Çinin özəl kosmik şirkəti "Deep Blue Aerospace" istehsal etdiyi "Thunder-RS" mühərrikinin yanma ilk sınaqlarını uğurla keçirib. Mühərrik gələcəkdə "Nebula-2" daşıyıcı raketində istifadə olunacaq.

Reyting.az
"SpaceLive" nəşrinə istinadla bildirir ki, sınaq cəmi 20 saniyə davam edib və çox uğurlu nəticə verib. Sınaq zamanı yeni mühərrik mütəxəssislərin gözlədiyi kimi, 130 ton itələmə qüvvəsinə çatıb ki, bu da layihənin göstəricilərinə tamamilə uyğun gələn bir nəticə hesab olunur. Həmçinin test zamanı mühərrikin işə düşməsi, sabit fəaliyyəti, eləcə də sönməsi mərhələləri də çox ciddi yoxlanılıb.



Ekspertlərin dediyinə görə, sınaq zamanı qaz axını torpaqla təmasda olan vaxt toz və torpaq sütunları qaldırıb. Məhz buna görə də güman olunur ki, bu yeni kosmik mühərrik açıq dövriyyəli maye yanacaqlı sistemdən istifadə edib.

"Nebula-2" çoxistifadəli daşıyıcı kosmik raket olacaq, eləcə də ABŞ-nın "Falcon 9" raketinə bənzəsə də, lakin daha iri model kimi nəzərdə tutulur.

Oqtay QORÇU




Bölməyə aid digər xəbərlər