Region Liqasında ilk yarımfinalçı müəyyənləşib
Tarix: 14-05-2022 21:17 | Bölmə: İdman
Region Liqasında ilk yarımfinalçı müəyyənləşib

AFFA-nın təşkil etdiyi Region Liqasında ilk yarımfinal oyunu keçirilib.

Reyting.az
xəbər verir ki, ASK Arenada "Cəbrayıl" və "Qusar" komandaları üz-üzə gəlib. 2:1 hesabı ilə qalib gələn "Cəbrayıl" finala yüksəlib.

Digər finalçının adı sabah keçiriləcək "Xan Lənkəran" - "Araz Naxçıvan" görüşündən sonra dəqiqləşəcək.

Qeyd edək ki, Region Liqasının final qarşılaşması mayın 20-də Şamaxı şəhər stadionunda olacaq. Oyun saat 16:00-da başlayacaq.(Qol.az)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}