Ronaldu növbəti dubla imza atıb
Tarix: 05-04-2023 08:37 | Bölmə: İdman
Ronaldu növbəti dubla imza atıb

Futbol üzrə Səudiyyə Ərəbistanı çempionatında portuqaliyalı məşhur legioner növbəti dəfə dubla imza atıb.

Reyting.az
xarici mediaya istinadla xəbər verir ki, futbol üzrə Səudiyyə Ərəbistanı çempionatının 29-cu turunda səfərdə oynayan “Əl-Nasr” klubu “Əl-Ədalh” üzərində böyük hesablı qələbə qazanıb: 5-0.

Qonaqların qələbə toplarından ikisini (hər ikisini penaltidən) portuqaliyalı forvard Kriştianu Ronaldu vurub. Bu qələbədən sonra 52 xal toplayan “Əl-Nasr” turnir cədvəlində ikinci pilləyə yüksəlib.

Oxucularımıza xatırladaq ki, cari ilin yanvar ayında səudiyyə klubuna transfer olunan Ronaldunun illik müqaviləsinin dəyəri 500 milyon avro həcmindədir.

Y. QACAR




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}