11:37 / 22-01-2025
Bakıda yağış yağacaq
11:23 / 22-01-2025
Dəfn pulu artırılır
Sahibkarlıq sahəsində yoxlamalar daha 1 il dayandırılır
Tarix: 22-01-2025 15:05 | Bölmə: Slayd
Sahibkarlıq sahəsində yoxlamalar daha 1 il dayandırılır

Azərbaycanda sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılma müddətinin 2026-cı il yanvarın 1-nə qədər uzadılması nəzərdə tutulur.

Reyting.az
xəbər verir ki, bu, "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" qanunda dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb.

Sənəd Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirə edilib.

Layihə səsverməyə çıxarılaraq parlamentin plenar iclasına tövsiyə olunub.

Hazırkı qanuna əsasən sahibkarlıq sahəsində yoxlamaların dayandırılması müddəti 2025-ci il yanvarın 1-də bitib.




Bölməyə aid digər xəbərlər