11:37 / 22-01-2025
Bakıda yağış yağacaq
11:23 / 22-01-2025
Dəfn pulu artırılır
Dövlətə xəyanətdə təqsirləndirilən şəxsin məhkəməsi başlayıb
Tarix: 22-01-2025 09:13 | Bölmə: Slayd
Dövlətə xəyanətdə təqsirləndirilən şəxsin məhkəməsi başlayıb

Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) aparılan cinayət işi üzrə ifşa olunaraq həbs edilmiş Svetliçnıy İvan Nikolayeviç barəsində Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aygün Qurbanovanın sədrliyi ilə məhkəmənin hazırlıq iclası keçirilib.

Reyting.az
xəbər verir ki, o, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittham olunur.

Azərbaycan vətəndaşı olan İvan Svetliçnıy Azərbaycanın dövlət təhlükəsizliyi, suverenliyi və müdafiə qabiliyyəti zərərinə qəsdən casusluq formasında və xarici xüsusi xidmət orqanlarının tapşırığını yerinə yetirməklə dövlətə xəyanət etməkdə şübhəli bilinir.

Onun konkret olaraq hansı əməlləri törətdiyi növbəti məhkəmə prosesində ittiham aktı elan olunarkən məlum olacaq.

Məhkəmənin baxış iclası fevralın 3-nə təyin edilib.(Report)




Bölməyə aid digər xəbərlər