Bakıda aptek işçiləri narkotik vasitə satarkən tutuldular
Tarix: 22-01-2020 12:13 | Bölmə: Xəbərlər
Bakıda aptek işçiləri narkotik vasitə satarkən tutuldular

Bakıda aptek işçiləri narkotik vasitə satarkən saxlanılıblar.

Reyting.az
DİN-ə istinadla bildirir ki,Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Xətai rayonu ərazisindəki apteklərin birində, əczaçı işləyən Abşeron rayon sakini M.Salmanov və Bakı şəhər sakini V.Məmmədova 9 ədəd “Tramadol” və 5 ədəd “Prebagalin” həblərini satarkən tutulublar.

Aptekə baxış zamanı satışına məhdudiyyət qoyulmuş 2380 ədəd “Tramadol”, 667 ədəd “Pregabalin”, 659 ədəd “T-doll”, 246 ədəd “Contramal”, 10 ədəd “Tamol XX”, 58 ədəd “Royal”, 70 ədəd “Lyrica” və 126 ədəd “Regapen” aşkar edilərərk götürülüb.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}