Keçmiş birinci xanıma həbs cəzası verilib
Tarix: 28-01-2026 14:20 | Bölmə: Xəbərlər

Keçmiş birinci xanıma həbs cəzası verilib

Cənubi Koreya məhkəməsi keçmiş prezident Yoon Suk Yeolun həyat yoldaşı Kim Keon Heeni həbsxanaya göndərib.

Reyting.az xəbər verir ki, məhkəmə Kim Keon Heeni Birləşmə Kilsəsi rəsmilərindən çoxsaylı lüks marka çantalar, brilyant boyunbağılar və “siyasi imtiyazlar” müqabilində rüşvət aldığına görə 1 il 8 ay həbs cəzasına məhkum edib.

Məhkəmə həmçinin Cənubi Koreyanın keçmiş prezidentinin həyat yoldaşını 12,8 milyon von (8990 ABŞ dolları) cərimələyib və rüşvət kimi aldığı brilyant boyunbağının müsadirəsini əmr edib.

Prokurorlar Kim üçün 15 il həbs cəzası və 2,9 milyon von cərimə tələb ediblər. Lakin məhkəmə keçmiş prezident Yeolun həyat yoldaşını səhm qiymətlərinin manipulyasiyası və siyasi vəsaitlər qanununu pozmaq ittihamlarından bəraət qazandırıb. Prokurorların bəraət hökmündən apellyasiya şikayəti verəcəkləri bildirilir. Kim isə ona qarşı irəli sürülən bütün ittihamları rədd edir.

Birləşmə Kilsəsinin açıqlamasında qeyd olunur ki, hədiyyələr ona heç bir qarşılıqlılıq gözləntisi olmadan verilib. Məhkəmədə olan Birləşmə Kilsəsinin lideri Han Hakja da Kimə rüşvət vermək üçün təlimat verdiyini inkar edib.

V. QULİYEV





Bölməyə aid digər xəbərlər
27-01-2026, 12:45 Arpaçay su anbarı donub