Bakının dörd qəsəbəsinə metro xətti çəkiləcək
Keçmiş səfir: ...İrana hücum məsələsi ciddidir - Müsahibə
Prezident iki nazir müavini təyin edib - Fotolar
İran mühasirəyə alınır, tezliklə zərbə endirə bilərlər
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
Cəbrayıla növbəti köç karvanı gedib - (Yenilənib)
Nazir müavinlərinin sayı artırılıb
Buraxılış imtahanında yeni model tətbiq ediləcək
Vensin Bakı və İrəvana gəlməkdə məqsədi nədir?
Çinin 48 hərbi nəqliyyat təyyarəsi İrana silah daşıyır
Cəlaloğlu: İran dünya güclərinin hədəfində qalacaq
Xocalıya növbəti köç karvanları gedib - (Yenilənib) - Fotolar
Tarix: 29-01-2026 12:11 | Bölmə: Xəbərlər

Rusiyada ali məktəblərdə “bakalavr” və “magistr” dərəcələri bu ilin 1 sentyabrından etibarən ləğv ediləcək.
Bu barədə Dövlət Dumasının deputatı Kseniya Qoryaçeva bildirib.
Deputatın sözlərinə görə, onların əvəzinə baza ali təhsil və ixtisaslaşmış ali təhsil formatları tətbiq olunacaq.
“Bakalavr–magistr” formulu əvəzinə aşağıdakı sistem tətbiq olunur: baza ali təhsil – ixtisasdan asılı olaraq 4 ildən 6 ilədək müddətdə; ixtisaslaşmış ali təhsil isə 1–3 il davam edəcək. Bu, mahiyyət etibarilə peşəkar, idarəetmə və elmi-tədqiqat istiqamətlərini əhatə edən magistraturanın yenilənmiş formatıdır”, – deyə Qoryaçeva bildirib.
Siyasətçi qeyd edib ki, Boloniya sisteminin əvəzlənməsi prosesi 2022-ci ildən başlayıb və ilkin mərhələdə keçid proqramı Rusiyanın altı ali məktəbində sınaqdan keçirilib. Hazırda bu təcrübə digər ali təhsil müəssisələrinə də şamil edilir.
Deputat, həmçinin magistratura üzrə dövlət sifarişi (büdcə) əsasında təhsil almağa qoyulan məhdudiyyətin ləğv ediləcəyini açıqlayıb.
Parlamentarinin sözlərinə görə, yeni tədris ilindən etibarən bu qadağa aradan qaldırılır. Qoryaçeva əlavə edib ki, aspirantura əvvəlki kimi peşə təhsilinin ayrıca pilləsi olaraq saxlanılır.
Bundan əvvəl kolleclərdə ödənişli yerlərin məhdudlaşdırılmasını nəzərdə tutan yeni qanun layihəsi barədə məlumat yayılıb.
Qanunvericilərin təşəbbüsünə əsasən, ali məktəblər üçün təsdiqlənmiş ödənişli qəbulun tənzimlənməsi prinsipləri kolleclərə də tətbiq edilməlidir. Daha əvvəl 2025-ci ildə Rusiyada kolleclərə qəbul olunan birinci kurs tələbələrinin sayı da açıqlanmışdı/APA
Bölməyə aid digər xəbərlər
















“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər