Kolumbiyada təyyarə qəzası: 15 ölü
Tarix: 29-01-2026 08:48 | Bölmə: Xəbərlər

Kolumbiyada təyyarə qəzası: 15 ölü

Kolumbiyada təyyarə qəzası baş verib.

Reyting.az “Sinxua” agentliyinə istinadla bildirir ki, təyyarədə yerli konqresmen də olub.

“Satena” dövlət aviaşirkətinə məxsus təyyarə Kukutadan Okanyaya NSE 8849 saylı daxili reysi həyata keçirirmiş. Havaya qalxdıqdan 12 dəqiqə sonra hava gəmisi ilə əlaqə itib.

Qəzada 15 nəfərin həlak olduğu bildirilir.

V. QULİYEV





Bölməyə aid digər xəbərlər
27-01-2026, 12:45 Arpaçay su anbarı donub