DSX-də yüksək vəzifəyə təyinat olub
Tarix: 29-01-2026 13:05 | Bölmə: Xəbərlər

DSX-də yüksək vəzifəyə təyinat olub

Dövlət Sərhəd Xidmətində (DSX) yüksək vəzifəyə təyinat olub.

Reyting.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bununla bağlı müvafiq əmrlər imzalanıb.

Vəzifədə irəli çəkilənlərdən biri də general-mayor Azad Abdullayevdir. General DSX-nin Sərhəd Qoşunları Komandanlığının qərargah rəisi təyin edilib.

“Azərbaycan bayrağı” ordeni ilə təltif edilmiş A. Abdullayev bu təyinata qədər diviziya komandiri kimi xidmət göstərib.





Bölməyə aid digər xəbərlər
27-01-2026, 12:45 Arpaçay su anbarı donub