07:48 / 16-09-2025
Baş nazir Qüdsdən qaçıb?
Məşhurlar yeni ssenarini xüsusi kod altında qoruyurlar
Tarix: 16-09-2025 10:04 | Bölmə: Mədəniyyət
Məşhurlar yeni ssenarini xüsusi kod altında qoruyurlar

Hollivudun məşhur kinoaktyoru Robert Pattinson "Betmen" filminin yeni ssenarisini kodlu keysdə qəbul edib.

Reyting.az
-ın məlumatına görə, "Betmen" filminin rejissoru Mett Rivz deyib ki, Robert Pattinson ikinci hissənin ssenarisi ilə artıq tanışdır.

Rejissor vurğulayıb ki, gələcək ekran işinin süjeti ciddi məxfilik altında saxlanılır.

M. Rivz bildirib ki, Matson ilə birlikdə yazdığı "Tomlin" ssenarisi ilə qürur duyur: “Artıq bu işi Robertlə də bölüşmüşük. Biz ssenarini xüsusi kodlu kilidli keysə qoyduq. O vaxt Pattinson Nyu-Yorkda idi və gördüyümüz bu iş yüksək məxfiliklə həyata keçirildi".

Rejissor əlavə edib ki, müəllif kimi aktyora tamamilə etibar etdikləri üçün yeni yazılmış ssenarini kilidli keyslə birlikdə onun yanında saxlamağa da icazə veriblər.

Filmin çəkilişlərinə təxminən yaz fəslində, aprel ayının sonunda və yaxud da mayın əvvəlində başlanacaq. Filmin ilk nümayişi isə 2027-ci il 1 oktyabrına planlaşdırılır.

Oqtay QORÇU




Bölməyə aid digər xəbərlər