11:29 / 26-09-2025
Ombudsman bəyanat yayıb
Məşhur aktyorun fimi hitə çevrilib
Tarix: 26-09-2025 16:13 | Bölmə: Mədəniyyət
Məşhur aktyorun fimi hitə çevrilib

Məşhur aktyor Liyam Nisonun yeni filmi "Netflix" platformasında gözlənilmədən hitə çevrilib.

Reyting.az
xəbər verir ki, "Netflix" kanalında yayımlanan "Buz yolçusu 2: Qisas" filmi qısa müddət ərzində platformanın ən çox izlənən layihələrindən biri olub. 2021-ci ildə efirə çıxan ilk filmin davamı olan bu ekran əsəri kinoteatrlarda çox uğur qazanmasa da, striminqlərdə böyük populyarlıq əldə edib. Tamaşaçıların əksəriyyəti həmişəki kimi yenə də Hollivud ulduzu olan aktyor Liyam Nisonun istedadına qətiyyən şübhə etmədiklərini və ona heyran olduqlarını bildiriblər.

Yeni hissə məşhurlaşdığından "Amazon Prime Video"-da da yayımlanıb və orada da birinci yerə çıxıb. Bununla belə, bu film "Rotten Tomatoes"-da 14 faiz tənqidçi və 26 faiz izləyici reytinqi qazanıb, lakin tamaşaçılar Nisonun canlandırdığı Mayk obrazını yenə də izləməkdə maraqlı olduğunu vurğulayıblar.

Qeyd edək ki, "Buz yolçusu 2: Qisas" filmi 27 iyun 2025-ci ildə təqdim olunub.

Oqtay QORÇU




Bölməyə aid digər xəbərlər