Sanki bir mələk… - Din xadimi yazır
Professor: Ramiz Mehdiyevin qorxulu şəbəkəsi var idi
Toyota Bakı Mərkəzinin baş direktorunun meyiti tapılıb
Azərbaycandan Ermənistana nümayəndə heyəti gedib - Video
Prezident bir qrup şəxsə ali xüsusi rütbələr verib - Sərəncam
Prezident İlham Əliyev Almaniyada səfərdədir - Foto
Ərdoğanın siyasi varisi oğlu Bilal ola bilər
Ramiz Mehdiyev, Əli Kərimli, Abbas Abbasov... - DTX həbsin detallarını açıqlayıb - (Video)
Antarktidada itən cihazı yadplanetlilər aparıb? - Foto
Yerə iki ulduzlararası naməlum obyekt düşüb - Foto
Paşinyan seçkilərdən əvvəl sülh sazişi bağlamaq istəyir
Tarix: 16-02-2026 10:32 | Bölmə: Mədəniyyət

Azərbaycanın İsraildəki səfirliyində “Əsrlərdən gələn ənənə” filminin təqdimat mərasimi keçirilib.
Reyting.az xəbər verir ki, rejissoru Rüfət Əsədov, prodüseri Shaul Siman olan sənədli ekran əsəri Azərbaycan və İsrail kinematoqrafçılarını birgə istehsalıdır.
Azərbaycan səfirliyinin və “Sholumi” Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə baş tutan təqdimat mərasimində səfir Muxtar Məmmədov çıxış edərək İsrail xalqı ilə Azərbaycan arasında çoxəsrlik dostluq və qarşılıqlı hörmətə əsaslanan əlaqələrin son illər ərzində strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini məmnunluqla vurğulayıb.
O, Rüfət Əsədovun filminin iki xalq və ölkə arasındakı münasibətlərə böyük töhfə verəcəyinə əminlik ifadə edib.
Rüfət Əsədov Azərbaycanın əsrlər boyu Şərq və Qərb mədəniyyətlərinin, müxtəlif sivilizasiyaların qovuşduğu, multikulturalizm və tolerantlıq nümunələrinin yaşadığı məkan olduğunu diqqətə çatdıraraq ərsəyə gəlin filmin də məhz bu nümunələri əks etdirdiyini bildirib.
Sözügedən filmin növbəti təqdimatı Azərbaycan-İsrail Beynəlxalq Assosiasiyasının və “Sholumi” Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Qüds şəhərində keçirilib. Tədbirdə Qüdsün müxtəlif icmalarının nümayəndələri iştirak edib.
Qeyd edək ki, film xalçaçı-rəssam, kolleksioner, dağ yəhudilərinin mədəni irsinin tədqiqatçısı Albert Rəfiyevin yaradıcılığı haqqındadır. Əslən Quba rayonunun Qırmızı qəsəbəsindən olan filmin qəhrəmanı öz yaradıcılığında Azərbaycan və yəhudi xalqlarının mədəniyyətlərini birləşdirir. Onun əsərlərində Azərbaycan tarixən müxtəlif xalqların və dinlərin sülh şəraitində yaşadığı, multikulturalizm və tolerantlıq ənənələrinin yüksək səviyyədə olduğu bir ölkə olaraq tərənnüm edilir.
Film artıq bir neçə ölkədən - Amerika Birləşmiş Ştatları, Almaniya, Nuderland, Çexiya, Rusiya və başqa ölkələrdən təkliflər alıb.(APA)



Bölməyə aid digər xəbərlər
















Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək