Yazıçılar Birliyindən üzvlük haqqı ilə bağlı - Açıqlama
Tarix: 09-02-2026 18:06 | Bölmə: Mədəniyyət

Yazıçılar Birliyindən üzvlük haqqı ilə bağlı - Açıqlama

Azərbaycan Yazıçılar Birliyinin üzlük haqqı yığılmasında intensivlik müşahidə edilir.

Reyting.az xəbər verir ki, bu sözləri Modern.az-a açıqlamasında Azərbaycan Yazıçılar Birliyinin Mətbuat katibi Xəyal Rza deyib.

O bildirib ki, toplanan pulların məbləği haqqında onda məlumat yoxdur: "Amma üzvlük haqqı ödənişləri son günlər operativ şəkildə yerinə yetirilir".

Təşkilatdan bildirilib ki, kənarlaşdırılan üzvlərin bərpa olunması barədə müraciətlər olmayıb: "Bununla belə çıxarılmş şəxslərin yenindən bərpa üçün müraciətini ehtimal edirəm. Təşkilata yeni üzv qəbulu daha da sərt şərtlərlə olacaq", - deyə Xəyal Rza vurğulayıb.





Bölməyə aid digər xəbərlər