Misirdə qızılla örtülmüş mumiya tapılıb
Tarix: 20-02-2026 20:23 | Bölmə: Mədəniyyət

Misirdə qızılla örtülmüş mumiya tapılıb

Misir ərazisində möhürlənmiş sarkofaq aşkar edilib. Tədqiqatçıların ehtimalına görə, Sakkara adlanan nekropolda aşkar edlimiş sarkofaq təxminən 4300 il əvvələ aiddir.

Reyting.az xəbər verir ki, sarkofaqın içərisində öz dövründə yüksək mövqe sahibi Heka-Şepes adlı bir kişinin qızıl təbəqə ilə örtülmüş mumyası olub.

Alimlər ehtimal edirlər ki, onun dəfn tarixi V-VI sülalələr dövrünə aiddir və yüksək sosial statusdan xəbər verir.

Elm adamları bildiriblər ki, yeni tapıntı qədim Misir dövlətini idarə edən hökmdar və fironların hakimiyyətinin bir çox adətlərini, həmçinin dəfn ənənələrini daha ətraflı öyrənmək üçün mühüm əhəmiyyət kəsb edir.

Oqtay QORÇU





Bölməyə aid digər xəbərlər