Sanki bir mələk… - Din xadimi yazır
Professor: Ramiz Mehdiyevin qorxulu şəbəkəsi var idi
Toyota Bakı Mərkəzinin baş direktorunun meyiti tapılıb
Azərbaycandan Ermənistana nümayəndə heyəti gedib - Video
Prezident bir qrup şəxsə ali xüsusi rütbələr verib - Sərəncam
Prezident İlham Əliyev Almaniyada səfərdədir - Foto
Ramiz Mehdiyev, Əli Kərimli, Abbas Abbasov... - DTX həbsin detallarını açıqlayıb - (Video)
Antarktidada itən cihazı yadplanetlilər aparıb? - Foto
Yerə iki ulduzlararası naməlum obyekt düşüb - Foto
Paşinyan seçkilərdən əvvəl sülh sazişi bağlamaq istəyir
Rusiya və Ukraynanın cəbhədəki itkilərinin nisbəti açıqlanıb
Tarix: 17-02-2026 00:42 | Bölmə: Mədəniyyət

Finlandiyalı kino istehsalçıları, məşhur "Dəmir səma" filminin yaradıcı heyəti yenə bir araya gəlib. Çəkiliş qrupu absurd, həmçinin elmi-fantastik və kosmik satira janrında "Deep Red" adlı yeni film üzərində işləyir.
Reyting.az xəbər verir ki, yeni ekran əsəri Mars planetində hökmranlıq edən SSRİ imperiyasının koloniyasından və kommunist sisteminin nəzarətindən çıxmış superkompüterin idarə edilməsindən bəhs olunur. Artıq kino-layihənin ilk konsept-artı təqdim edilib.
Süjetə görə, 1950-ci illərdə kommunistlər gizli şəkildə Marsı işğal ediblər və bununla da Yer kürəsindən təcrid olunmuş "utopik" bir cəmiyyət qurublar.
Müəlliflərin sözlərinə görə, Marsda bu cür sistemin qurulması yalnız bəşəriyyətdən izolasiya şəraiti yaratmaqla mümkün olub.
Layihənin prodüseri Tero Kaukomaa, lentə alınan bu yeni fantastik filmin rejissoru isə Timo Vuorensoladır. Bu onların ilk işi deyil. Hər iki sənətçi 2012-ci ildə ekranlaşdırılan, İkinci Dünya müharibəsindən sonra Ayda məskunlaşan faşistlərin başına gələnlərlə bağlı çəkilən "Dəmir səma" filmində rejissor kimi birgə işləyiblər.

"Deep Red" orijinal adla təqdim edildiyinə görə, tərcümə olunmur, lakin tərcümədə bu film bəzən "Al qırmızı dərinlik" də adlanır.
Film trilogiya kimi planlaşdırılır və hadisələr müasir dövrdə cərəyan edir. Süjetə əsasən, amerikalı astronavt Mars planetində qəza enişi etməli olur və bu zaman o, gizli sovet şəhərini aşkar edir. Məlum olur ki, bu şəhər şahmat oynamaqdan ötrü yaradılan köhnə sovet superkompüteri proqramı əsasında hazırlanmış despot süni intellekt vasitəsilə idarə olunur.
Yeni film trilogiyanın ümumi büdcəsinin 15 milyon avro olduğu bildirilir. Yaradıcı heyət isə bu vəsaitin ancaq kraudfandinq yolu ilə toplanmasını planlaşdırır.
Bu il üçün, eyni zamanda tanışlıq məqsədi ilə yeni kino-layihənin qısametrajlı bir video çarxının çəkilib təqdim edilməsi də nəzərdə tutulur.
Oqtay QORÇU
Bölməyə aid digər xəbərlər
















Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək