23:11 / 18-03-2024
Ukrayna ordusu geri çəkilir
20:16 / 18-03-2024
Borrell ikibaşlı danışır
Deputat: "Onlar məktəb yaşlarında alkoqollu içkiyə meyl etmiş, siqaret çəkmiş yeniyetmələrdir"
Tarix: 19-05-2020 12:41 | Bölmə: Siyasət
Deputat: "Onlar məktəb yaşlarında alkoqollu içkiyə meyl etmiş, siqaret çəkmiş yeniyetmələrdir"

“İnsan alverinə qarşı mübarizə istiqamətində ciddi işlər görülür”.

Bunu Milli Məclisin bu gün keçirilən iclasında İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatının müzakirəsi zamanı millət vəkili Qüdrət Həsənquliyev deyib.

O bildirib ki, məktəblərin ətrafında məktəblilərə qəlyan çəkməyə imkan yaradılması ilə bağlı Vilayət Eyvazov nazir müavini işləyərkən ona telefonla zəng edib: “Bu məsələ öz həllini qısa müddətdə tapdı. Cinsi istismara məruz qalan qızların bu yola necə düşdüyünü araşdırsanız, məlum olacaq ki, onlar məktəb yaşlarında alkoqollu içkiyə meyl etmiş, siqaret çəkmiş yeniyetmələrdir. Biz indi korrupsiyaya qarşı mübarizə aparırıq. Bu da çox ciddi məsələdir. Bu məsələni birinci Ombudsman qarşısında qaldırdım, indi isə sizin qarşınızda qaldırıram. “Reklam haqqında” qanun bu gün icra olunmur. Məktəblərin yanında alkoqollu içkilərin və tütün məmulatlarının reklamı və satışı gedir. Bu məsələlərə nəzarət artırılmalıdır”/APA.




Bölməyə aid digər xəbərlər
17-03-2024, 12:16 “Kompas” səmtini azıb

{sape_links}{sape_article}