15:19 / 27-10-2025
Sel olacaq - Xəbərdarlıq
Zabil Qəhrəmanovun həbsindən şikayəti verilib
Tarix: 27-10-2025 14:52 | Bölmə: Siyasət
Zabil Qəhrəmanovun həbsindən şikayəti verilib

Gəncə Şəhər Baş Polis İdarəsi tərəfindən həbs edilən tanınmış vəkil Zabil Qəhrəmanov şəhərdəki 2 saylı istintaq
təcridxanasına köçürülüb
.

Bu barədə gununsesi.info–ya onun vəkili Səadət Seyidli bildirib.

Vəkilin sözlərinə görə, artıq Zabil Qəhrəmanovun həbsindən Gəncə Apellyasiya Məhkəməsinə appelyasiya şikayəti veriblər: “Artıq apellyasiya şikayətini vermişik. Yəqin ki, sabah ya birisi gün şikayətimizə baxılacaq”.

Qeyd edək ki, Zabil Qəhrəmanov xuliqanlıq və dələduzluq ittihamı ilə həbs edilib.

O, ittihamları rədd edir.




Bölməyə aid digər xəbərlər