17:18 / 23-10-2025
Əfqan Sadıqov həbs olunub
QHT işi: Asiman Qocayevin məhkəməsi başlayıb
Tarix: 23-10-2025 17:30 | Bölmə: Siyasət
QHT işi: Asiman Qocayevin məhkəməsi başlayıb

QHT işi üzrə ittiham olunan "Azərbaycan Gənclər Parlamenti" İctimai Birliyinin layihə rəhbəri Asiman Qocayevin məhkəməsi başlayıb.

Reyting.az
"Report"-a istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Daha sonra cinayət işinin məhkəmə baxışa verilməsi barədə qərar qəbul olunub.

Məhkəmənin növbəti iclası noyabrın 6-na təyin olunub.

Qeyd edək ki, Asiman Qocayev Cinayət Məcəlləsinin 192.2.2-ci (Külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq), 213.1-ci (Vergidən yayınma), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham olunur.




Bölməyə aid digər xəbərlər