Milli Məclisin iclasında deputatlar arasında gərginlik yaranıb
Tarix: 24-10-2025 13:19 | Bölmə: Siyasət
Milli Məclisin iclasında deputatlar arasında gərginlik yaranıb

Milli Məclisin gündəliyindəki "Dövlət xidmətləri haqqında” Azərbaycan Respublikası qanununun layihəsi deputatlar arasında fikir ayrılığına səbəb olub.

Reyting.az
xəbər verir ki, deputat Qüdrət Həsənquliyev bu qanun layihəsinin kostitusiyaya zidd olduğunu bildirib:

"Başa düşürəm ki, ölkəyə, bizə pul lazımdır. Bunun üçün mülkiyyət toxunulmazlığını təmin etməklə qanunun aliliyini təmin edək, əlverişli biznes mühiti, investisiyayönümlü mühiti yaradıq ki, ölkə iqtisadiyyatı inkişaf etsin və büdcə gəlirləri artsın, biz də dövlət orqanlarını büdcədən lazımi səviyyədə maliyyələşdirə bilək. Bu formada vətəndaşlardan, fiziki və hüquqi şəxslərdən dövlət orqanının göstərdiyi rüsumdan əlavə xidmət haqqı alması konstitusiyaya ziddir".

Vitse spiker Ziyafət Əsgərov və deputat Əli Hüseynli isə qanun layihəsinin konstitusiyaya zidd olmadığını vurğulayıb.

Depuat Qüdrət Həsənquliyev Ziyafət Əsgərova cavab olaraq bildirib: "Konstitusiya qarşınızdadırsa açın baxın".

Spiker Sahibə Qafarova məsələnin plenar iclasdan kənar işçi qrupu formasinda müzakirəsini tövsiyə edib(qaynarinfo)




Bölməyə aid digər xəbərlər