Tel-Əviv İordan çayının qərb sahilini ilhaqa hazırlaşır
Tarix: 23-10-2025 07:18 | Bölmə: Siyasət
Tel-Əviv İordan çayının qərb sahilini ilhaqa hazırlaşır

Bir qədər əvvəl İsrail parlamenti İordan çayının qərb sahilinin bütün ərazilərində İsrailin suverenliyini genişləndirən qanun layihəsini birinci oxunuşda təsdiqləyib.

Reyting.az
-ın xarici KİV-ə istinadla verdiyi məlumata görə, Fələstin Xarici İşlər Nazirliyi Knessetin İordan çayının qərb sahilini ilhaq etmək cəhdlərini qətiyyətlə pisləyib.

“Fələstin Xarici İşlər Nazirliyi Knessetin bu gün “İsrail suverenliyinin bərqərar olmasını” təsdiq edərək Fələstin ərazilərini ilhaq etmək cəhdlərini rədd edir və qətiyyətlə pisləyir”,- nazirliyin bəyanatında deyilir.

E. KAMAL




Bölməyə aid digər xəbərlər