12:36 / 14-06-2025
Sabah yağış yağacaq
ABŞ-İran müharibəsi başlaya bilər
Tarix: 22-01-2024 13:38 | Bölmə: Slayd
ABŞ-İran müharibəsi başlaya bilər

ABŞ prezidenti Co Baydenin administrasiyası amerikalı əsgərlər arasında itkilər artacağı təqdirdə İranla genişmiqyaslı münaqişəni mümkün sayır.

Reyting.az
xəbər verir ki, bu barədə “The New York Times” qəzeti yazıb.

Bildirilir ki, Bayden administrasiyası şiə üsyançılarının ABŞ hərbi bazalarına davam edən raket hücumlarına görə İrana mümkün cavabları nəzərdən keçirir. Eyni zamanda, ABŞ hesab edir ki, əsas vəzifə tammiqyaslı hərbi münaqişədən qaçmaqdır.

Bununla belə, rəsmilər özəl olaraq etiraf edirlər ki, hücumlarda Amerika əsgərləri həlak olarsa, müharibə başlaya bilər. Qeyd olunur ki, bu, hələ keçilməmiş “qırmızı xətt” olsa da, belə bir hadisənin baş verməsi hər an mümkündür.

E. KAMAL




Bölməyə aid digər xəbərlər