12:34 / 05-06-2025
Sabah yağış yağacaq
Sabirabaddakı yanğında 4 nəfər həyatını itirib - (Yenilənib)
Tarix: 04-06-2025 08:08 | Bölmə: Slayd
Sabirabaddakı yanğında 4 nəfər həyatını itirib - (Yenilənib)

Sabirabad rayonunun Muğan Gəncəli kəndində fərdi yaşayış evində yanğın baş verib.

Reyting.az
bildirir ki, barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) qaynar telefon xəttinə məlumat daxil olan kimi müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunublar.

İlkin məlumata əsasən, yanğın ikimərtəbəli fərdi yaşayış evində baş verib. Yanğının kəşfiyyatı zamanı 4 nəfərin meyiti aşkar olunub.

Yanğın söndürülüb, ətrafda olan tikililər yanğından mühafizə olunub.

Əlavə məlumat veriləcək.

***

Muğan Gəncəli kəndindəki fərdi yaşayış evində baş vermiş yanğın zamanı həyatını itirənlərin şəxsiyyəti məlum olub.


Hadisə zamanı ev sahibinin oğlu, 1989-cu il təvəllüdlü İmanov Tural Ağasəf oğlu, gəlini, 2002-ci il təvəllüdlü İmanova Safalı Qorxmaz qızı, nəvələri, 2020-ci il təvəllüdlü İmansoy Osmanbəy Tural oğlu və 2024-cü il təvəllüdlü İmansoy Esma Tural qızı həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.




Bölməyə aid digər xəbərlər