12:36 / 14-06-2025
Sabah yağış yağacaq
Yaxın Şərqdə nüvə müharibəsi təhlükəsi yaranıb
Tarix: 23-01-2024 10:42 | Bölmə: Slayd
Yaxın Şərqdə nüvə müharibəsi təhlükəsi yaranıb

“Yaxın Şərqdə böyük müharibə olacaq”.

Reyting.az
xəbər verir ki, bunu Rusiyanın Yaxın Şərq İnstitutunun prezidenti Yevgeni Satanovski deyib.

Y. Satanovski müharibənin sonda nüvə fazasına keçəcəyini istisna etməyib.

İnstitut rəhbərinin qiymətləndirməsinə görə, iranlılar yəhudi dövlətini məhv etmək yolunda İsraillə qarşıdurmada kifayət qədər irəli gediblər və indi də Yəmən, İraq, Suriya və Livanda bütün etibarlı vasitələrindən istifadə edirlər.


Y. Satanovski

Satanovski bildirib ki, əslində HƏMAS İsrailə təkbaşına hücum etməyib:

“Son nəticədə bütün bunlar istər-istəməz böyük müharibəyə çevriləcək və böyük ehtimalla İrana birbaşa təsir edəcək. Nüvə zərbəsi olmadan İranla necə davranmaq olar? İsraillilərin uğur qazanması çətin olar”.

Satanovski əlavə edib ki, digər maraqlı tərəflər onların arasına düşməməyə çalışmalıdırlar. Çünki bu, çox güman ki, uğursuz olacaq.

E. KAMAL





Bölməyə aid digər xəbərlər