12:36 / 14-06-2025
Sabah yağış yağacaq
Məhkəmə şou-biznesdəki qarşıdurma ilə bağlı qərar verib
Tarix: 24-01-2024 14:40 | Bölmə: Slayd
Məhkəmə şou-biznesdəki qarşıdurma ilə bağlı qərar verib

Müğənni Afət Fərmanqızı Xalq artisti Flora Kərimovaya 10 min manat ödəyəcək.

Reyting.az
“Qafqazinfo”-ya istinadla xəbər verir ki, bu haqda Nərimanov Rayon Məhkəməsi qərar çıxarıb.

Xatırladaq ki, Flora Kərimova Afət Fərmanqızının onu təhqir etdiyini əsas gətirərək qarşı tərəfin üzr istəməsi və dəymiş mənəvi ziyana görə 100 min manat təzminat ödəməsini tələb edirdi.

Xalq artistinin vəkili Xavər İsmayılova deyib ki, hakim Aytən Novruzovanın sədrliyi ilə iki ilə yaxın davam edən məhkəmə bu gün yekunlaşıb.

Ekspert rəyləri də Xalq artistinin iddiasının əsaslı olduğunu göstərib, A. Fərmanqızının sosial şəbəkələrdə iddiaçıya münasibətdə dediklərinin şərəf və ləyaqəti ləkələyən sözlər olduğu sübuta yetirilib. Məhkəmə mülki iddianı qismən təmin edib. Qərara əsasən, cavabdeh Afət Fərmanqızıdan 10 min manat tutularaq iddiaçı Flora Kərimovaya ödənilməlidir.

Qeyd edək ki, Flora Kərimova Afət Fərmanqızını xüsusi ittiham qaydasında da məhkəməyə verib. Binəqədi Rayon Məhkəməsi Fərmanqızı haqda həbssiz axtarış qərarı çıxarıb.




Bölməyə aid digər xəbərlər