12:36 / 14-06-2025
Sabah yağış yağacaq
Qiyamətə hazırlıq başlayıb: 60 milyon mikroskopik yaddaş xüsusi sığınacaqda saxlanacaq - Fotolar
Tarix: 24-01-2024 22:32 | Bölmə: Slayd
Qiyamətə hazırlıq başlayıb: 60 milyon mikroskopik yaddaş xüsusi sığınacaqda saxlanacaq

Rusiya-Ukrayna müharibəsi, Yaxın Şərqdəki münaqişələr, Çin və İrana qarşı böyük savaşın başlayacağı ilə bağlı proqnozlar, üstəlik, Rusiyanın daha bir Avropa ölkəsinə hücum xəbəbərdarlıqları və s. gərginliklər dünyada narahatlıqları artırıb. Buna paralel olaraq III Dünya Müharibəsi və nüvə silahından istifadə ehtimalı gündəmə gəlib. Nüvə müharibəsi həm də bütün insan biliklərini məhv etmək riskini daşıyır. Belə qarşıdurmalar isə ən yaxşı halda bəşəriyyəti mağara dövrünə qaytara bilər. Bunun qarşısını almaq və bəşəriyyətlə bağlı bütün məlumatları saxlamaq üçün xüsusi texnologiyadan istifadə olunur.

Reyting.az
xəbər verir ki, Qlobal Bilik Vault adlı layihə ABŞ-da yerləşən “Arch Mission Foundation” tərəfindən icra edilir.

Layihə çərçivəsində super yaddaş disklərində bəşəriyyətə aid 60 milyon mikroskopik səhifəlik məlumat toplanır. Bu disklər İsveçrənin Alp dağlarındakı sığınacaqda saxlanılır. Sözügedən əraziyə xüsusi dəvətlə gələn “The Sun” qəzetinin müxbiri yazır ki, sığınacaqda yeraltı tunellər, laboratoriyalar və miniatür dəmir yolu da var. Disklərin isə sığınacaqdakı Hagerbach qalereyasında saxlanıldığı bildirilir.



“Dünyada geoloji fəlakət, kosmik enerji partlayışı, nüvə müharibəsi və ya bio apokalipsis baş verərsə, bu disklər sığortamız olacaq”, - Nova Spivack yazır.

Məlumata görə, super yaddaşa malik bu kvars diskləri İngiltərədəki Sauthempton Universitetinin Optoelektronika laboratoriyasında texnologiya professoru Peter Kazanski hazırlayıb.



Kazanski “Supermen yaddaş kristalları” adlanan texnologiya haqqında deyib:

“Bunlar hətta min dərəcə istiyə də davamlıdır. O, məlumatı saxlamaq üçün əbədi qala bilər və sarsılmazdır. Bu disklərin tutumu insan beyninə bərabərdir”.

E. KAMAL




Bölməyə aid digər xəbərlər