12:36 / 14-06-2025
Sabah yağış yağacaq
Tramp sövdələşməni əngəlləyir: ABŞ-ın Ukraynaya yardımı ləngiyəcək
Tarix: 25-01-2024 19:38 | Bölmə: Slayd
Tramp sövdələşməni əngəlləyir: ABŞ-ın Ukraynaya yardımı ləngiyəcək

ABŞ Senatındakı Respublikaçılar Partiyasının lideri Mitç Makkonnel noyabrda keçiriləcək prezident seçkilərinə qədər Konqresin Ukraynaya hərbi yardım göstərilməsi ilə bağlı razılığa gələ biləcəyinə şübhə edir.

Reyting.az
-ın xarici KİV-lərə istinadla verdiyi məlumata görə, Makkonnel bildirib ki, Ukraynaya yardımın asılı olduğu sərhəd təhlükəsizliyində ikitərəfli kompromis üçün vaxt və siyasi iradə tükənmək üzrədir.

Onun sözlərinə görə, sabiq prezident Donald Tramp öz seçki kampaniyasını məhz immiqrasiyaya qarşı mübarizə üzərində qurmaq istəyir.

Makkonnel Trampın Respublikaçılar Partiyasına davamlı təsirini etiraf edib və onu "namizəd" adlandırıb, baxmayaraq ki, partiyanın rəsmi namizədi hələ yoxdur.

Xatırladaq ki, D. Tramp Meksika ilə sərhədin möhkəmləndirilməsini və Ukraynaya hərbi yardımın ayrılmasını nəzərdə tutan Ağ evin kompromis razılaşmasına qarşı çıxıb.

Demokratlar Partiyasının nümayəndələri deyirlər ki, Tramp seçki kampaniyasında immiqrasiya məsələsindən istifadə etmək istəyir və sərhəd problemi həll olunmadan respublikaçılar Ukraynanı dəstəkləməkdən imtina edirlər.

E. KAMAL




Bölməyə aid digər xəbərlər