12:36 / 14-06-2025
Sabah yağış yağacaq
Avropa böyük müharibə təhlükəsi ilə üz-üzədir - Xəbərdarlıq
Tarix: 26-01-2024 08:01 | Bölmə: Slayd
Avropa böyük müharibə təhlükəsi ilə üz-üzədir

Avropada böyük müharibə qaçılmaz deyil.

Reyting.az
xəbər verir ki, bunu Latviyanın xarici işlər naziri Krisyanis Karins Latviya Seymində çıxışı zamanı deyib.

Latviyalı nazir Rusiyanın Ukraynaya təcavüzünü “imperialist müharibəsi” adlandırıb. Onun sözlərinə görə, bu müharibənin daha geniş məqsədi hüququn aliliyinə əsaslanan beynəlxalq nizamı dəyişdirmək və onu qəddar güc hökmranlığı ilə əvəz etməkdir.

“Rusiya öz təbliğatında çalışır ki, Latviyada və Qərb dünyasında bizim bölünmüş, aciz olduğumuzu, müharibənin irəli getdiyini, Rusiyanın qalib gələcəyini göstərsin. İstəyir sübut etsin ki, Qərb birlikdə deyil və bunun mənası yoxdur. Mən sizə deyim - bu yalandır, cəfəngiyyatdır və axmaqlıqdır”, - Karins vurğulayıb.

Nazir əlavə edib ki, Rusiya gələcəkdə başqa ölkəyə hücum etməkdən çəkindirilə bilər: “Avropada böyük bir müharibənin olması qaçılmaz deyil, lakin onu dayandırmaq bizim gücümüz daxilindədir. Əlbəttə ki, Qərb müttəfiqlərimizlə birlikdə təhlükəsizliyimizi gücləndirməyə çalışırıq. Bu, Rusiyanın başlatdığı müharibədə Ukraynaya qalib gəlməyə kömək etməlidir”.

Qeyd edək ki, Avropa Xalq Partiyasının lideri Manfred Veberin sözlərinə görə, Avropa İttifaqı Amerika Birləşmiş Ştatlarının köməyi olmadan müharibəyə hazırlaşmalıdır. O, həmçinin Avropanın öz atom qalxanını yaratmaq təklifi ilə çıxış edib. Veber deyib ki, Avropa xarici siyasət baxımından öz mövqeyində dayanmalı və ABŞ-da kimin prezidenti seçilməsindən asılı olmayaraq, müstəqil şəkildə özünü müdafiə etməyi bacarmalıdır.

Bundan əvvəl Polşanın xarici işlər naziri Radoslav Sikorski NATO-nu Rusiyanın mümkün işğalına hazırlaşmağa çağırıb. O, eyni zamanda Avropa İttifaqını “gecikmiş fəaliyyət məntiqinə” görə tənqid edib, Ukraynaya sursat və hava hücumundan müdafiə sistemləri ilə mümkün qədər tez kömək etməyə çağırıb.

E. KAMAL




Bölməyə aid digər xəbərlər