12:36 / 14-06-2025
Sabah yağış yağacaq
Putin ABŞ-a Ukrayna ilə əlaqəli yeni mesaj göndərib?
Tarix: 26-01-2024 08:27 | Bölmə: Slayd
Putin ABŞ-a Ukrayna ilə əlaqəli yeni mesaj göndərib?

Rusiya prezidenti Vladimir Putin ABŞ-a bildirir ki, o, Ukraynada müharibənin dayandırılmasını müzakirə etməyə hazırdır.

Reyting.az
-ın xəbərinə görə, “Bloomberg”in Kremlə yaxın mənbələri deyiblər ki, V. Putin qeyri-rəsmi kanallar vasitəsilə Kiyev üçün gələcək təhlükəsizlik tədbirlərinin müzakirəsinə hazır olduğuna işarə edib.

ABŞ rəsmiləri isə “sınaq balonu” ola biləcək təkliflərdən xəbərsizdirlər və Rusiya prezidentinin döyüşləri dayandırmaq üçün bir yol tapmaqda ciddi olduğuna dair heç bir əlamət görmədiklərini qeyd ediblər.

“Rusiyanın danışıqlara açıq olmasına dair eyhamlar hətta səmimi olmasa belə, Ukraynanın müttəfiqləri arasında parçalanma yarada, Kiyevi təcrid edə və prezident Vladimir Zelenskinin Rusiya qoşunlarının tamamilə çıxarılmasını tələb edən sülh formulasına dəstək qazanmaq səylərini sarsıda bilər”, - deyə məqalədə vurğulanır.

Adlarının açıqlanmasını istəməyən Kremlə yaxın insanlar deyiblər ki, siqnallar keçən ay yüksək rütbəli ABŞ rəsmilərinə ötürülüb. Onların sözlərinə görə, Putin Ukraynanın neytral statusu ilə bağlı israrına son qoymağa, hətta Rusiyanın əsas bəraətini təhdid edən NATO-ya üzvlüyün mümkünlüyü ilə bağlı etirazından əl çəkməyə hazır ola bilər.

Amma “Bloomberg” iddia edir ki, bu, Kiyevin rədd etdiyi qiymətə başa gələr - hazırda Ukraynanın təxminən 18 faizini təşkil edən əraziyə Kremlin nəzarəti ilə razılaşmaq.

ABŞ Milli Təhlükəsizlik Şurasının sözçüsü Adrienne Vatson Rusiyanın mövqeyində təklif olunan dəyişikliklərdən xəbərsizdir. O, Rusiya ilə nə vaxt və necə danışıqlar aparacağına dair qərarı Ukraynanın verəcəyini xatırladıb.

Ukrayna Prezident Aparatının müşaviri Mixailo Podolyak isə deyib ki, Ukraynadakı işğalçı ordu müəyyən taktiki məğlubiyyətlər aldıqdan sonra Rusiya ilə danışıqlara başlaya bilərlər.

E. KAMAL




Bölməyə aid digər xəbərlər