12:36 / 14-06-2025
Sabah yağış yağacaq
PUA-lara qarşı super silah sınaqdan keçirilir - Foto
Tarix: 26-01-2024 09:45 | Bölmə: Slayd
PUA-lara qarşı super silah sınaqdan keçirilir

Böyük Britaniya Müdafiə Nazirliyinin Hebrid adalarında yerləşən poliqonunda “Dragonfire” lazer döyüş sisteminin (LDEW) sınağına başlanılıb. Bu silahla ilk dəfə real hava hədəfi vurulub.

Reyting.az
bildirir ki, Ukraynada və Yaxın Şərqdə münaqişələrin baş verməsi lazer silahları getdikcə hərbi əməliyyatların fəal iştirakçısına çevirir. Bunun əsas səbəbi düşmənin pilotsuz uçuş aparatları (PUA) və qanadlı raketləri ilə mübarizə aparmaq üçün nəzərdə tutulmuş hava hücumundan müdafiə sistemlərinin (MİM-104 Patriot hava hücumundan müdafiə raketinin qiyməti 4 milyon dollardır) məhdud təchizatı və yüksək qiymətidir.

Qeyd olunur ki, lazer silahının üstünlükləri onun hər atış üçün aşağı qiyməti, uzun məsafə və eyni vaxtda bir neçə hədəfi məhv etmək qabiliyyətidir.



Gizlilik səbəbindən “Dragonfire” haqqında çox az şey məlumdur. Sistemin əsası 50 kVt bərk vəziyyətdə olan lazerdir. Konsentratora qoşulmuş qatqılı şüşə lif paketlərindən istifadə edir. Lazerin yerləşdiyi qüllədə həmçinin hədəfin aşkarlanması və şüanın fokuslanması üçün elektro-optik kamera və köməkçi lazer də var.

Sınaqlar zamanı bir funt sikkə ölçüsündə (diametri 23 mm) hədəf 1 km məsafədən vurulub. Prosesin qiyməti 13 dollar olub.

“Dragonfire” sisteminin inkişafı Müdafiə Nazirliyinin (DSTL) Müdafiə Elmi-Tədqiqat və Texnologiya Laboratoriyası tərəfindən həyata keçirilir. Layihənin ümumi dəyəri 127 milyon dollardır.

Hazırlanmış lazer silahı Britaniya ordusu və kral donanmasının istifadəsinə veriləcək.

E. KAMAL




Bölməyə aid digər xəbərlər