10:12 / 16-06-2025
İsmayıllıda hotel yanıb
Kilsədə 9 mindən çox uşağı zorlayıblar - Hesabat
Tarix: 26-01-2024 12:11 | Bölmə: Slayd
Kilsədə 9 mindən çox uşağı zorlayıblar

Almaniyadakı katolik kilsəsindən sonra protestant kilsəsində də minlərlə cinsi zorakılıq hallarının olduğu üzə çıxıb.

Reyting.az
xəbər verir ki, protestant kilsəsinin tələbi ilə son 3 ildə bir qrup tədqiqatçının hazırladığı hesabat ictimailəşdirilib.

Hesabata görə, əldə edilən fayllar daxilində 1259 şübhəli 1946-cı ildən bu yana protestant kilsəsində təxminən 2174 gənc və uşağa cinsi təcavüz edib. Sui-istifadə halları isə daha çox olub.

Hesabatda bildirilir ki, müəyyən edilən qurbanların yarısından çoxu 14 yaşından kiçik olub. Cinsi qısnama edənlərin dörddə birindən çoxu isə kilsə keşişləridir.

Hesabatda qeyd edilir ki, bir çox regional kilsələr faylların məhv edilməsinə göz yumub və bir çoxunun sənədləri yoxlamaq üçün kifayət qədər işçi heyəti olmayıb.

Araşdırma zamanı əldə edilməyən faylların sayını nəzərə alan tədqiqatçıların təxminlərinə görə, 1946-cı ildən bu yana 3500 şübhəli 9355 gənc və uşağı cinsi istismara məruz qoyub.



Hesabatda zərərçəkmişlərin araşdırmaların çox gec və ləng aparılmasından narahat olduqları, gənclər üçün risklərin hələ də yüksək olduğu bildirilir.

Tədqiqatda iştirak edən müəllif Martin Vazlavik deyib ki, bu, aysberqin görünən hissəsi deyil.

Almaniyadakı Protestant Kilsəsi Şurasının sədr müavini yepiskop Kirsten Fehrs bildirib ki, bu qədər insana edilən dəhşətli zorakılıq onu srsıdıb. O, əlavə edib ki, sui-istifadə uşaq bağçalarına da şamil olunur: “Mən yalnız inciyənlərə ürəkdən bağışlanma diləyə bilərəm. Biz onları cinayət zamanı müdafiə etmədik və irəli çıxmaq üçün cəsarət tapdıqda onlara ləyaqətlə yanaşmadıq”.

Uşaqlıqda on il ərzində zorakılığa məruz qaldıqlarını deyən qurbanların sözçüsü Detlev Zander kilsənin hələ də cinayətkarları qoruduğunu, zorakılığa məruz qalanları gözdən saldığını və müvafiq təzminatdan yayındığını söyləyib.

Onu da xatırladaq ki, 2018-ci ildə Almaniyada katolik kilsəsi üzərində aparılan oxşar araşdırmada 3700 şəxsin 1670 din xadimi tərəfindən cinsi istismara məruz qaldığı ortaya çıxmışdı.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər