10:12 / 16-06-2025
İsmayıllıda hotel yanıb
Azərbaycan Ordusunun zabitini güllələyən zabit həbs olunub - (Yenilənib)
Tarix: 29-01-2024 19:47 | Bölmə: Slayd
Azərbaycan Ordusunun zabitini güllələyən zabit həbs olunub - (Yenilənib)

Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu Abdullayev Amil Hümbət oğlunun ölüm faktı barədə Füzuli hərbi prokurorluğuna məlumat daxil olub.

Reyting.az
-ın məlumatına görə, hərbi prokurorun böyük köməkçisi - Mətbuat xidmətinin rəhbəri baş ədliyyə müşaviri Firad Əliyev bildirib ki, fakt üzrə Füzuli hərbi prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə) maddəsi ilə cinayət işi başlanılıb, Füzuli hərbi prokurorluğunun və Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Kriminalistika və İnformasiya Texnologiyaları İdarəsinin əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülüb, şahidlər dindirilib, müvafiq ekspertizalar təyin edilib və digər zəruri istintaq hərəkətləri həyata keçirilib.

İlkin istintaqla, ordumuzun zabiti A.H.Abdullayevin digər zabit Abdullayev Nizami Eynulla oğlu tərəfindən aralarında yaranmış mübahisə zəmnində qəsdən öldürülməsinə əsaslı şübhələr müəyyən olunduğundan, o, şübhəli şəxs qismində tutularaq, istintaqa cəlb edilib.

Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin olunacaqdır.

Allah hərbçimizə rəhmət eləsin!

***

Azərbaycan Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin hərbi qulluqçusu Amil Hümbət oğlu Abdullayevi qətlə yetirməkdə təqsirli bilinən Nizami Eynulla oğlu Abdullayev barəsində hərbi prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə dörd ay müddətində həbs qətimkan tədbiri seçilib.

Reyting.az
xəbər verir ki, bu barədə Hərbi Prokurorluğun Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin ediləcək.




Bölməyə aid digər xəbərlər