10:12 / 16-06-2025
İsmayıllıda hotel yanıb
Türkiyənin hərbi gücü... - Düşmənlər narahat olub - Fotolar
Tarix: 29-01-2024 18:15 | Bölmə: Slayd
Türkiyənin hərbi gücü... - Düşmənlər narahat olub

Yunanıstan mətbuatı Türkiyə və öz ordularının 2030-cu ildəki gücünü müqayisəli şəkildə təhlil edib.

Reyting.az
-ın məlumatına görə, Türkiyənin pilotsuz uçan aparat (PUA) sahəsində inkişafına qarşı yollar axtaran Yunanıstan 2020-ci ildə İsraildən Heron dronlarını icarəyə götürüb. Razılaşmaya əsasən, Heronu istehsal edən dövlət qurumu “Israel Aerospace Industries” dronları Yunanıstana 3 illik lizinq müqaviləsi ilə verib.

2021-ci ilə qədər Afina Fransa ilə 2,3 milyard avroluq müqavilə imzalayaraq 18 ədəd “Rafale” döyüş təyyarəsi sifariş edib. Hərbi investisiyalarını davam etdirən yunanlar daha sonra Fransadan “Belharra” freqatları alıb.

Türkiyə son illərdə müdafiə sənayesində yerli və milli istehsala üstünlük verib. Eyni zamanda “Baykar” firmasının istehsal etdiyi “Bayraktar” dronları ilə yanaşı yerli döyüş təyyarələri və PUA layihələrinə də ciddi enerji sərf edilib.



Xatırladaq ki, ABŞ hökuməti cümə günü Türkiyəyə F-16 təyyarələrinin satışını təsdiqləyib. 23 milyard dollarlıq razılaşmanı göstərən bu qərar Türkiyənin İsveçin NATO üzvlüyünü təsdiqlədikdən sonra verilib.

ABŞ Dövlət Departamentinin açıqlamasında bildirilir ki, Türkiyə 40 yeni F-16 alacaq, hazırda əlində olan 79 ədəd isə yenilənəcək.

Bundan əlavə, Vaşinqton eyni gün Yunanıstana 40 ədəd F-35 qırıcısı satacağını da açıqlayıb.

Üstəlik, ABŞ Yunanıstan ordusuna təyyarələrdən əlavə çoxlu sayda silah-sursat, o cümlədən döyüş gəmiləri, tanklar, zirehli texnikalar, C-130 hərbi yük təyyarələri də verəcək.

Yunan mediasındakı məqalədə Türkiyə və Yunanıstan ordularının 2030-cu ildəki inventarları müqayisə olunur, iki ölkənin döyüş təyyarələri, İHA və donanmalarından bəhs edilir. Bu çərçivədə yeni alınan F-35 təyyarələri ilə Türkiyədən bir addım öndə olduqlarını iddia edən yunan mediası ilk F-35-in 2030-cu ildə inventarına daxil ediləcəyini xatırladıb.

Qəzet Türkiyənin F-16-ları Viper modelinə yüksəltməsini və modernləşdirmə dəstləri sifariş etməsini “vacib problem” kimi qiymətləndirərək, türk donanmasının demək olar ki, hamısının F-16 təyyarələrindən ibarət olduğu və bu məhsulların artıq Ankaraya çatdırılmaq üzrə olduğu qeyd edilir.

PUA sahəsində Türkiyədən çox geri qaldıqlarını yazan media Türkiyənin hazırda istehsaldan əlavə dünya ölkələrinə İHA ixrac edəcəyi səviyyəsində olduğunu xatırladır. Ankaranın 20-yə yaxın ölkəyə satış etdiyini bildirən Yunanıstan mediası bu satışların milyardlarla dollar olduğunu qeyd edib.

Təhlildə Yunan ordusunun bu mövzuda son dərəcə ləng irəlilədiyi və yaxın günlərdə iki yeni qanunla bu sahəyə diqqət yetirməyə başlayacaqları bildirilir. ABŞ və Fransadan aldıqları gəmilərin Aralıq dənizində güc tarazlığı baxımından əhəmiyyətli olduğunu, lakin köhnə bir donanmaya sahib olduqlarını yazan media Türkiyənin son illərdə yerli istehsal olan gəmilərlə gəmiqayırma qabiliyyətini əhəmiyyətli dərəcədə artırdığını iddia edir.



Türkiyənin gəmi sayına görə Yunanıstandan üstün olduğunu qeyd edən media Yunanıstanın 2024-cü ilə qədər donanmaya kifayət qədər sərmayə qoymadığını, bu sektorda çalışan insanlara yaxşı maaş verilmədiyini bildirir.

Türkiyənin sualtı qayıqlar sahəsində pilotsuz maşınlara sərmayə qoyduğunu və bu baxımdan son illərdə dünya lideri olduğunu bildirən qəzetlər Yunanıstanın inventarında Almaniya istehsalı olan “Type 214” sualtı qayıqlarının olduğunu yazıb. Eyni zamanda dünyanın ən güclü orduları siyahısında Türkiyə 8-ci, Yunanıstan isə 32-ci yerdə qərar tutduğu bildirilir.

E. KAMAL





Bölməyə aid digər xəbərlər